İordaniya hakimiyyəti Dəməşqdən 110 km aralıda yerləşən Dəraa şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq qərarına gəlib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.
"Nəsib-Cabir keçid məntəqəsi, sərhədin Suriya tərəfindəki təhlükəsizliyə təsir edən hadisələr səbəbiylə müvəqqəti olaraq bağlanacaq", - mənbə deyib.
Məlumata əsasən, keçid məntəqəsi "uyğun şərait təmin edildikdən sonra öz işini bərpa edəcək".