Dünyada son sutka ərzində koronavirisa daha 530 min yeni yoluxma halı qeydə alınıb

1 Avqust 2021 07:38 (UTC+04:00)

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 530 mindən çox artıb.
SİA pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 530 min 872 nəfər yeni koronavirusa yoluxub, 8 min 772 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 198 milyon 503 min 352, ölənlər isə 4 milyon 232 min 291 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,7 milyon), Hindistan (31,6 milyon), Braziliya (19,9 milyon), Rusiya (6,2 milyon), Fransa (6,1 milyon), Böyük Britaniya (5,8 milyon) və Türkiyədə (5,7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.