Dik Advokat məşqçilik karyerasını bərpa edib

1 Avqust 2021 00:46 (UTC+04:00)

Məşhur mütəxəssis Dik Advokat məşqçi karyerasını bərpa edib.

SİA xəbər verir ki, o, İraq millisinin baş məşqçisi təyin olunub. Bu barədə İraq Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, D.Advokatın son klubu "Feyenoord" olub. O, bu ilin mayında bu klubda son oyununu keçirdikdən sonra məşqçi karyerasını başa vurduğunu açıqlamışdı.