Böyük Britaniyada ötən sutka ərzində 26 mindən çox şəxs koronavirusa yoluxub

1 Avqust 2021 00:03 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 26 144 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 856 528 nəfərə çatıb.

SİA ölkənin Səhiyyə Departamentinə istinadən xəbər verir ki, sutka ərzində 71 nəfər koronavirusdan həyatını itirib. Hazırda, Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 129 654 nəfərə çatıb.