Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

31 İyul 2021 22:58 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan” və “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən SİA-ya bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.