“Hər birinizi insan alveri ilə birgə mübarizəyə səsləyirəm” Mahirə Əmirhüseynova

31 İyul 2021 21:01 (UTC+04:00)

İyulun 30-u İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür. İnsan alveri müasir dövrün ən ağrılı problemlərindəndir. Bütün dünyada olduğu kimi Azərbaycanda da insan alverinə qarşı ciidi və davamlı mübarizə aparılır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolu ilə təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar, güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi, qəbul edilməsi başa düşülür.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi də bu xüsusatları əsas götürüb mübarizəsini çevik və hərtərəfli şəkildə aparır. Baş İdarə ilə memarandum əsasında əməkdaşlıq edən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası bu fəaliyyətə ictimai aspektdən böyük dəstək verir. İnsan alverinin məhz ictimaiyyət üçün bəla olduğunu nəzərə alsaq, ictimai şuranın fəaliyyətinin vacibliyi bir daha önə çıxır.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə Koalisiyanın gördüyü işlərə nəzər salanda bir daha aydın olur ki, bu problemin həllində vətəndaş cəmiyyətinin rolu danılmazdır.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova açıqlamasında görülən işlərə hesabat xarakterli aydınlıq gətirib.

Onun sözlərinə görə, dünyada insan alverinin qurbanına çevrilənlərin 70 faizdən çoxu qadın və qızlardır. İstismara məruz qalmışların üçdə biri isə uşaqlardır. Müasir köləlyin qurbanlarının sayı dünya üzrə 25 milyonu əhatə edir.

M.Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvlərinin 30 iyul tarixində gerçəkləşdirdiyi tədbirlərdən söz açarkən bildirib ki, bu tədbirlərin əksəriyyəti könüllü olaraq həyata gerçəkləşib:

"30 iyul 2021 ci il tarixdə saat 12.00 da sosial şəbəkələrdə 20 yaxın təşkilat eyni vaxtda #Nochildlabour #Uşaqəməyinəyox! #Notrafficking, #İnsanalverinəyox! haştaqları ilə əhalinin məlumatlandırma kampaniyası baş tutub.

QHT nümayəndələrinin iştirakı ilə Bakı və bölgələrdə keçirilən məlumatlandırma aksiyası, "dəyirmi masa"lar, televizya verilişləri, mətbuatda yazılar, sərgilər və sairə formatlarda qeyd olunub. 100 minə yaxın şəxs bu tədbirlərdən bəhrələnib. Bununa yanaşı, “XXI Əsrin Qadınları”, “Təmiz Dünya” Qadınlara Yardım və “Polisə Dəstək” İctimai Birliyi tərəfindən könüllü məlumatlandrma kampaniyası çərçivəsində Bakı metroları ətrafında əhaliyə 1000-dən çox maarifləndirici bukletlər paylanıb".

Koalisiya sədri onu da diqqətə çatdırıb ki, “Təmiz Dünya” Qadınlara Yardım İB qadın və uşaq sığınacağında uşaq rəsmlərinin sərgisini açıb. Azərbaycan Uşaqları İctimai Birliyinin təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin, Lu-Mun Hoolding, “ASAN Könüllüləri” təşkilatı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə iyulun 30-da “İkinci nəfəs adlı” sərgi keçirilib.

Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin potensial insan alveri qurbanlarının fərdi yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin tullantılardan düzgün istifadə olunması, onların yararlı hala gətirilməsi məqsədi ilə təşkil etdiyi sərgidə Azərbaycan milli atributlarını, toxuma nümunələrini özündə əks etdirən əl işləri, Şuşa şəhərinin, Xüdafərin körpüsünün maketi və s. nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə və Ümidli Gələcək STİB-nin əməkdaşlığı ilə insan alveri problemlərini yaradan hüquqi, sosial, iqtisadi, psixoloji səbəblərin öyrənilməsi və təhlili məqsədilə Bakıda Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, ailələrin iştirakı ilə görüş təşkil edilib.

İnsan Alverinə Qarşı Mübarizə İctimai Birliyin üzvləri və könüllüləri Yasamal rayonu ərazisində, xüsusən də inşaatçılar metrosu ətrafında bukletlər və braşurlar paylayıblar. Eyni zamanda sosial şəbəkələrdə razılaşdırılmış haştaqlarla paylaşımlar edilib.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB verilişlər hazırlayb, Asan xidmətin könüllülərinə silsilə seminarlar keçib.

Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi Şirvan şəhəri ərazisində, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB Quba rayonu, Zərdabi qəsəbəsindəki internat məktəbində, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparıb və iştirakçılara bukletlər paylanıb. "Hüquqi" Yardım İB-nin Lənkəranda yerli əhali üçün məlumatlandırma sessiyası təşkil edib və sakinlərə maarifləndirici bukletlər verib. Bundan əlavə olaraq təşkilat ofisində yerli əhali üçün məlumatlandırma sessiyası təşkil edib, sosial şəbəkələrdə uşaq əməyinin qadağan olunması haqqında həştaqlar paylayıb."Təmas" Regional İB Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı ilə birgə 30 iyul İnsan alverinə qarşı Beynəlxalq Mübarizə gününə aid "İnsan alverinə qarşı mübarizədə səssiz qalma" başlıqlı onlayn tədbir həyəta keçirib.

Sağlam İnkişaf və Maarifləndirmə İB sosial şəbəkələrdəki məcburi köçkün qruplarında buklet, braşur paylayaraq həştəqlər tərtib edib.

Azərbaycan Demokratik Jurnalistlət Liqası İB Sumqayıt şəhərində keçmiş məcburi köçkün qızlarına və qadınlarına teninqlər keçib, insan alverində hədəfə çevrilməmək üçün mübarizə üsullarını iştirakçıların diqqətinə çadırıb.

M.Əmirhüseynova cənab Prezidentin İnsan Alverinə Qarşı Mübarizə sahəsində imzaladığı fərman və sərəncamların Milli Koordinator İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimovun bir başa nəzarəti və rəhbərliyi ilə yüksək səviyyədə icra olunduğunu da bəyan edib.
Koalisiya sədri açıqlamasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə yaradılan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin gördüyü işlərin nəticəsində ölkəmizdə insan alveri qurbanlarının sayının azaldığını da vurğulayıb.

M.Əmirhüseynova görülən işlərin yüksək səmərə verməsi üçün cəmiyyətin hüquq mühafizə orqanları və QHT-lərlə sıx təmaslar qurmasına ehtiyac olduğunu deyib, bu günün hər il qeyd edilməsinin də maarifçilik baxımından önəmli hadisə olduğunu vurğulayıb.

QHT sədri sonda hər kəsi insan alveri ilə birgə mübarizəyə qoşulmağa dəvət çağırıb.