"Sinovak"da heç bir problem yoxdur

31 İyul 2021 22:29 (UTC+04:00)

Türkiyə səhiyyə naziriFahtettin Koca, ictimaiyyətə səslənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Naziri Fahrettin Koca Tvitter hesabında bunları yazıb: "Çərşənbə günü aşacağımız bir əngəl var. "Biontech" peyvəndi istehsalının pozulması səbəbindən ölkəmizə göndərilmələrdə bir neçə gün azalma olacaq. Bu vaksinə üstünlük verənlərin randevu almadan peyvənd edilməməsini istərdim. Anlayışınız üçün əvvəlcədən təşəkkür edirik. Sinovakda isə heç bir problem olmadığını bildirmək istərdim".