6 bal gücündə zəlzələ - 43 YARALI VAR

31 İyul 2021 19:33 (UTC+04:00)

Cənubi Amerika ölkəsi Peruda baş verən 6,1 ballıq zəlzələ nəticəsində 43 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinin ölkənin şimalındakı Sullana şəhərindən 12 kilometr qərbdə olduğunu açıqlayıb. Səlahiyyətlilər, zəlzələdən sonra sunami xəbərdarlığının olmadığını, ancaq ilk təyinatlara görə, 3-ü ağır olmaqla 43 adamın yaralandığını bildirib.

Qeyd edək ki, 15 avqust 2007 -ci ildə Peruda 7,9 bal gücündə zəlzələ nəticəsində 595 nəfər həyatını itirib.

Arzu Qurbanzadə