Türkiyədə daha bir yanğın ocağı - BODRUM

31 İyul 2021 18:14 (UTC+04:00)

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə daha bir yanğın baş verib. SİA xəbər verir ki, yaşayış yerlərinə yaxın ərazidə başlayan yanğın qısa vaxtda sürətlə yayılıb. Yanğının baş verdiyi bölgədə partlayış səsləri eşidilib.

Hadisə ilə bağlı Bodrum Bələdiyyəsindən verilən açıqlamada yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işlərinin həyata keçirildiyi, bütün imkanların səfərbər edildiyi bildirilir. Əhaliyə mümkün qədər yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.