“Mən bundan sonra Elbistanlıyam” - FOTOLAR

31 İyul 2021 14:12 (UTC+04:00)

Kahramanmaraş Elbistan festivalında səhnəyə çıxan türk müğənni Yusuf Güney, minlərlə insanı görəndə həm şok, həm də xoşbəxtlik yaşayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o Kahramanmaraş Elbistan Festivalının üçüncü günündə səhnəyə çıxıb. İki saat davam etməli olan konsert üç saat davam edib.

Minlərlə insanı görəndə həm təəccüblənən, həm də sevinən pop müğənnisi, "Mənim bir hissəm bundan sonra Elbistanlıdır. İndi mən də sizdən biriyəm" deyib.

Finalda Bələdiyyə Başçısı Mehmet Gürbüzlə birlikdə "Mehriban" mahnısını ifa edib.

Ayşən Vəli