4,5 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

31 İyul 2021 13:41 (UTC+04:00)

Yanvar-iyun aylarında dəniz limanlarında 4 milyon 563,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, yüklərin 4 milyon 347,5 min tonunu və ya 95,3 faizini tranzit yüklər təşkil edib. İyulun 1-nə limanlarda qalan yüklərin həcmi 117,4 min ton olub.

Altı ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 27,6 faiz azalaraq 6,3 min nəfər təşkil edib.