Subbakalavrların ərizə qəbulu davam edir

31 İyul 2021 13:23 (UTC+04:00)

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən məlumata görə, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:15-ə olan məlumata görə, 15 min 683 subbakalavr elektron ərizəsini təsdiqlədib.