56 halda yanğına çıxış əməliyyatları həyata keçirilib - FHN

31 İyul 2021 13:10 (UTC+04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 56 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 1 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınlar görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində Sabunçu rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.