Yoluxma 200 milyonu ötəcək

31 İyul 2021 12:12 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, koronavirusun yayılmasının son bir ayda iki dəfə artması ilə bağlı məlumat verib. O, bütün dünyaya bunları deyib: "Ötən həftə ÜST 4 milyon COVID-19 hadisəsi bildirdi və hazırkı sürətlə qarşıdakı iki həftə ərzində ümumi infeksiyaların sayının 200 milyonu keçəcəyini gözləyirik".

ÜST rəhbəri onu da qeyd etdi ki, delta koronavirusu artıq 132 ölkədə müəyyən edilib.