31 avqusta qədər qadağandır - YENİ MƏHDUDİYYƏTLƏR

31 İyul 2021 11:08 (UTC+04:00)

Qubernatorun sosial media hesabında edilən şərhdə, meşə yanğınları ilə mübarizə çərçivəsində yeni tədbirlərin həyata keçiriləcəyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İl sərhədləri daxilində meşə sahələrinə girişin 31 avqusta qədər qadağan edildiyini bildirən açıqlamada, bunlar qeyd edilib: "6831 saylı Meşə Qanununun 74-cü maddəsinə və 5442 saylı İl İnzibati Qanununun 9 və 66-cı maddələrinə əsasən, əyalət sərhədləri daxilində meşə sahələrinə giriş 31 avqust 2021-ci ilə qədər qadağandır. Yanğınlara və xüsusilə də, meşə yanğınlarına səbəb ola biləcək fişəng və buna bənzər materiallardan istifadə etmək də qadağandır. Yozgat Çamlık Milli parkı və Fatih Təbiət parkına giriş 20.00-07.00 arasında qadağandır. Piknik yerlərində barbekü Çamlık Milli parkı və Fatih Təbiət parkında samovar və atəş yandırmaq qadağandır”.

”6831 saylı Türk Cəza Meşə Qanununa uyğun olaraq qərar və tövsiyələrə zidd hərəkət edənlərə qarşı inzibati və məhkəmə tədbirləri görüləcək”.

Ayşən Vəli