Yanğın yayılmaqda davam edir

31 İyul 2021 11:11 (UTC+04:00)

Türkiyədə ötən günlərdə başlayan yanğın Alanya ərazisinə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alanyada Güzelbağ məhəlləsi boşaldılıb. Antalyanın Gündoğmuş rayonunda başlayan yanğın, bütün söndürmə işlərinə baxmayaraq yayılmağa davam edir. Yanğın Alanyanın Güzelbağ məhəlləsinə qədər çatıb. Məhəllə təhlükəsizlik məqsədi ilə boşaldılır. Məhəllə tüstü səbəbi ilə görünməyəcək bir səviyyəyə çatıb. Məhəllənin boşaldılmasını məscid elan edib. Məscid elanından sonra edilən zəngdə, yanğının məhəlləyə yaxınlaşdığı və təhlükəsizlik məqsədi ilə təhlükəsizlik zolağının yaradılacağı, bildirilib.

Qeyd edək ki, Güzelbağ sakinləri xüsusilə heyvanların daşınması üçün bir avtomobilə ehtiyac duyduqlarını bildirərək kömək istəyib.