İsrail bu ölkəni günahlandırır

31 İyul 2021 10:39 (UTC+04:00)

İsrail şirkətinə məxsus ticarət gəmisi dünən Hind Okeanında hücuma məruz qalıb. İki ekipaj üzvü ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri hücumların arxasında İranın dayandığını iddia edib. Bundan sonra İran dövlət kanalı qəribə bir iddia ortalığa atıb. İran dövlət televiziyası Əl-Aləm, İsrail gəmisinə hücumun Təl-Əviv administrasiyasının Suriyaya ötən həftə endirdiyi hava zərbəsinin qisası olaraq edildiyini açıqlayıb.

İsrailli iş adamı Eyal Oferə məxsus İngiltərədə yerləşən Zodiak Dəniz Gəmiçiliyi Şirkəti, Liberiya bayraqlı "Mercer Street" neft tankerinin dünən Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedərkən Hind Okeanında hücuma məruz qaldığı açıqlanıb. Ekipajdan olan iki ingilis və Rumıniya vətəndaşının hücumda həyatını itirdiyi açıqlanıb. İsrail xarici işlər naziri Yair Lapid mövzu ilə əlaqədar verdiyi açıqlamada hücumda İranı günahlandırıb və Tehran rəhbərliyinə sərt cavab verməyə çağırıb. İran tərəfinin ittihamlarla bağlı hələlik rəsmi açıqlaması yoxdur.