Olimpiadanın keçirilməsinə cəlb edilmiş 21 nəfərdə koronavirus

31 İyul 2021 06:53 (UTC+04:00)

Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 21 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin Saytında deyilir.

Məlumata əsasən, yeni yoluxanlar arasında idmançılar yoxdur.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.