"Neftçi" oyunçusunu Yunanıstana satıb

30 İyul 2021 15:39 (UTC+04:00)

Stiven Jozef-Monrozun yeni klubu bəlli olub. SİA-nın "Neftçi" klubun saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı vinger karyerasını Yunanıstanda davam etdirəcək. Fransalı oyunçu bu ölkənin “Ksanti” klubu ilə müqavilə bağlayıb.Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.

Ziya Hikmətoğlu