AFFA yenidən Operativ Qərargaha müraciət edəcək

30 İyul 2021 14:21 (UTC+04:00)

AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.

SİA-nın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib kİ, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq: "Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 14-də start götürəcək.