8000-ə yaxın ev və müəssisə işıqsız qaldı

30 İyul 2021 11:15 (UTC+04:00)

Amerikanın Pensilvaniya ştatının şərqində iki güclü tornado bəzi bölgələri dağıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər ərazidə “kütləvi itki” hadisəsi elan edib. Tornado ən azı 5 nəfərin yaralanmasına səbəb olub.

Yerli KİV xəbər verir ki, cümə axşamı Pensilvaniyanın Buks əyalətində baş verən tornado avtomobil və evləri demək olar ki, məhv edib. Fırtına zamanı 5 nəfərin yaralandığı, heç kimin ciddi zərər görmədiyi qeyd edilib. Fırtınadan sonra 8000-ə yaxın ev və müəssisə işıqsız qalıb.