“Jama Psychiatry” jurnalında nəşr olunan Marsel Universitetinin bir qrup tədqiqatçısının araşdırması ruhi xəstələrin Covid-19-a yoluxması haqqında faktları üzə çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, şizofreniya və bipolar pozğunluğu olan ağır ruhi xəstələr Covid-19 üçün xüsusi risk altındadır. Psixi pozğunluğu olmayan xəstələrə nisbətən virusdan ölmə ehtimalı bu xəstələrdən üç dəfə daha çoxdur. Tədqiqatçılar, ruhi sağlamlığı pozulmuş insanlarda xəstəliklərin qarşısının alınması, vaksinasiyası və müalicə prosesi kimi məsələlərə daha çox üstünlük verilməsinin vacibliyini vurğulayır. Alimlər bipolyar və ya şizofreniya kimi ağır zehni xəstəlikləri olan insanların immun sistemindəki fərqlər Covid-19 riskinin onlar üçün daha yüksək olduğunu izah edə bilir deyə qeyd edir. Gələcək araşdırmalarda ümumi olaraq yox, ayrı-ayrı ruhi xəstəliklə virus arasındakı əlaqənin araşdırılması planlaşdırılır.