Ermənistan növbəti dezinformasiya yaydı - MN-dən cavab

30 İyul 2021 10:47 (UTC+04:00)

"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır". SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib.