Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB

30 İyul 2021 10:22 (UTC+04:00)

"Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub". Bunu SİA-ya Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranmışdı. “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalmışdı. Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.