Tramp amerikalıların koronavirusa qarşı gücləndirici dozaya ehtiyacı olmadığını bildirib

30 İyul 2021 07:34 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni növ koronavirusa qarşı əlavə - gücləndirici dozaya ehtiyaclarının olmadığını bildirib.

SİA xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı deyib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur”, prezident vurğulayıb.

Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.