Türkiyə Prezidenti özünə yeni baş müşavir təyin edib

30 İyul 2021 06:57 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin yeni baş müşavirinin təyin edilməsi haqqında fərman imzalayıb.

SİA-nın məlumatına görə, müvafiq sənəd "Resmi Gazete"də dərc olunub.

Fərmana əsasən, yeni baş müşavir vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.