Gido Belido Ugarte Perunun yeni Baş naziri təyin edilib

30 İyul 2021 06:25 (UTC+04:00)

Peru Prezidenti Pedro Kastillo solçu-radikal “Azad Peru” Partiyasının üzüvü Qido Belido Uqarteni ölkənin Baş naziri vəzifəsinə təyin edib.

SİA xəbər verir ki, bu barədə yerli Andina agentliyi məlumat yayıb.

Qeyd edək ki, yeni baş nazir təyin edildikdən sonra ispan və keçua dillərində çıxış edib.

41 yaşlı siyasətçi, eyni zamanda Peru Konqresinin (birpalatalı parlament) üzvüdür. O, parlamentə respublikanın cənub hissəsindəki Kuzko departamentindən seçilib.