Bakının Suraxanı rayonunda 30 yaşlı şəxs bıçaqlanıb

30 İyul 2021 05:13 (UTC+04:00)

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Aslanov Asif Ağaəmioğlu küçədə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı polis idarəsində araşdırma aparılır.