Müdafiə Nazirliyi: Azərbaycan Ordusuna məxsus iki PUA-nın vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır - MN

30 İyul 2021 02:22 (UTC+04:00)

Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır.