Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər narahatlığa səbəb olur - ATƏT-in fəaliyyətdə olan sədri

30 İyul 2021 00:53 (UTC+04:00)

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər narahatlığa səbəb olur.

SİA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde özünün “Twitter” səhifəsində yazıb.

Ann Linde tərəfləri son humanitar addımları inkişaf etdirməyə və ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatı yerinə yetirməyə çağırıb.