Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli PKK üzvləri istintaqa cəlb olunub

30 İyul 2021 00:20 (UTC+04:00)

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda meşə yanğını törətməkdə şübhəli bilinən PKK üzvləri şübhəli qısmində saxlanılıblar.
SİA xəbər verir ki, şübhəlilərin suriyalı olduğu bildirilir.
Antalyanın Manavgat rayonunda isə yanğın törətməkdə şübhəli bilinən iki nəfər əsəbləri tarıma çəkilmiş insanların hücumuna məruz qalıb. Polis onları kütlənin əlindən alaraq istintaqa cəlb edib.