“Kütləvi yanğınlarla bağlı hərtərəfli təhqiqatlara başlanıb” - Türkiyənin Ədliyyə naziri

29 İyul 2021 23:14 (UTC+04:00)

"Türkiyədəki yanğın yerləri ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılır, əlaqədar təşkilatlar tərəfindən lazımli addımlar atılır".

SİA xəbər verir ki, bunu Ədliyyə naziri Abdulhamit Gül Türkiyənin bir çox yerində baş verən meşə yanğınları ilə əlaqədar aparılan araşdırmalarla bağlı mövqeyini bildirərkən deyib.

A.Gül vurğulayıb ki, kütləvi yanğınların baş vermə səbəbi və mənbəyi aidiyyəti prokurorluqlar tərəfindən dəqiqliklə öyrənilməkdədir: “Hərtərəfli təhqiqatlar aparılır, əlaqədar qurumlar bütün ehtimallar üzərində diqqətlə araşdırmalar aparırlar”, deyə nazir qeyd edib.