"Sumqayıt" avrokuboklarda mübarizəni dayandırıb

29 İyul 2021 21:53 (UTC+04:00)

“Sumqayıt” avrokuboklarda mübarizəni dayandırıb.

SİA-nın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Konfrans Liqasında mübarizəyə başladığı II təsnifat mərhələsini adlaya bilməyib.

Ayxan Abbasovun yetirmələri Serbiyanın “Çukariçki” klubu ilə bacarmayıb. Ötən həftə Belqradda qolsuz heç-heçəyə nail olan sumqayıtlılar doğma arenada azarkeşlərini məyus edib.

Oyunun əvvəlində iki qol vuran balkanlılar inamlı qələbə sayəsində mərhələ adlayıb. Tarixində ikinci dəfə avrokuboklara qatılan “Sumqayıt” isə bir il əvvəlki kimi qol vurmadan qitə macəralarına son verib.

Qeyd edək ki, “Sumqayıt” ötən il Şimali Makedoniya “Şkendiya”sına evdə 0:2 hesabı ilə uduzub.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
20:00. “Sumqayıt” (Azərbaycan) – “Çukariçki” (Serbiya) - 0:2
Qollar:
İbrahima Ndiaye, 10, Marko Dociç, 16 (pen.)
Baş hakim: Yorgen Burhardt (Danimarka)
“Sumqayıt”: 13. Aydin Bayramov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 7. Tellur Mütəllimov, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 6. Vüqar Mustafayev, 17. Murad Xaçayev, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 74. Yusif Nəbiyev,
Baş məşqçi: Ayxan Abbasov
“Çukariçki”: 12. Derde Petroviç, 6. Miladin Stevanoviç, 19. Strahinya Tanasiyeviç, 65. Stefan Şapiç, 86. Boyan Roqanoviç, 5. Marko Dociç, 22. Srcan Miyailoviç, 70. Aleksa Yankoviç, 9. Corce Yovanoviç, 20. Asmir Kayeviç, 72. İbrahima Ndiaye
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 2. Viktor Roqan, 3. Nemanya Tosiç, 11. Norman Kampbell, 7. Marko Rakonyaç, 23. Stefan Koloviç, 26. Uroş Drezgiç, 80. Nikola Koliç, 88. Yovan Lukiç, 27. Milan Saviç, 77. Stefan Kovaç, 14. Mitar Erqelas
Məşqçi: Pavle Delibaşiç
Sumqayıt. “Kapital Bank Arena”
İlk oyun – 0:0