Məşhur müğənniyə ikinci dəfə ağır itki - FOTOLAR

29 İyul 2021 20:40 (UTC+04:00)

Qardaşının ölümündən şoka düşən müğənni Alişan, aldığı ölüm xəbərindən bir daha kədərlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin əmisi oğlu Ozan Ebcinin hamamda yıxılaraq başını vurması nəticəsində beyin qanaması keçirdiyi və bu səbəbdən öldüyü bildirilib.

Ebcinin yaxınları bu xəbəri sosial mediada açıqlayıb.

Mərhum son olaraq Selçuk Tektaşın cənazəsində görülüb.

Ayşən Vəli