Siciliya sahillərində nə tapıldı? - MARAQLI

29 İyul 2021 17:47 (UTC+04:00)

İtalyan elm adamları Siciliyanın şimal sahillərində şərab daşıdığı ehtimal edilən, eramızın ikinci əsrinə aid bir gəmi tapıblar. SİA xəbər verir ki, bu barədə ölkənin muxtar bölgəsinin səlahiyyətliləri məlumat yayıblar.
Gəmi Palermo əyalətindəki “İsola delle Femmine” adasının yaxınlığındakı sularda 92 metr dərinlikdə olub.

Tədqiqatçılar, sualtı robot sayəsində şərab daşınmasında istifadə edildiyi iddia edilən böyük bir yükü çəkə biliblər. Siciliya Ətraf Mühitin Mühafizəsi Agentliyinə məxsus olan “Calypso South” okeanoqrafik gəmisin tədqiqatda iştirak edib.

"İsola delle Femmine” adasında bir Roma gəmisinin kəşfi, bəlkə də son ayların ən əhəmiyyətli tapıntılarından biridir", deyə Siciliya dəniz administrasiyası bəyan edib. Bildirilib ki, tapıntı İtalyan adasının sahillərinin 50-80 metrdən çox dərinliyində bir çox arxeoloji cəhətdən qiymətli detalların olduğunu təsdiqlədiyib.