Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 NƏFƏRƏ ÇATIB

29 İyul 2021 17:40 (UTC+04:00)

Əfqanıstanın şərqindəki Nuristan əyalətində baş verən şiddətli daşqında 40-dan 150 nəfərə qədər insan ölüb. SİA xəbər verir ki, bu barədə yerli televiziya kanalları səlahiyyətlilərə istinadən məlumat yayıb.

Səlahiyyətlilərə istinadən, “Ariana News”-un verdiyi məlumata görə, daşqın gecə Qamdış bölgəsindəki Meherdiş kəndində meydana gəlib. Ən azı 40 nəfər daşqının qurbanı olub və cəsədləri də artıq tapılıb. Güclü su axınları təxminən 100 evi və mal-qaranı tələf edib.

Öz növbəsində, 1TV Xəbər kanalı əyalət məclisinin başçısı Saydullah Nuristaniyə istinad edir ki, gecə daşqını nəticəsində təxminən 150 nəfər ölüb.