Evlər, otellər, iş yerləri böyük təhlükə altındadır - DƏHŞƏTLİ YANĞIN - FOTOLAR

29 İyul 2021 17:15 (UTC+04:00)

Türkiyəni günorta saatlarında fəlakət xəbəri sarsıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu səhər Antalyanın Manavgat mahalında yanğın nəticəsində ölüm sayı 2-dən 3-ə çatıb. Evrenseki-də başlayan və Kalemler, Yeniköy, Çolaklı və Yavrudoğan məhəllələrinə yayılan yanğın yaşayış məntəqələrinə də keçib. Yanğınlarda çoxlu yaşıllıqlar məhv olarkən saysız-hesabsız ev və vəhşi canlılar tələf olub. Bir çox nöqtədə vətəndaşların evinə və əmlakına ziyan dəyib.

Dünən saat 12:00-da Antalyanın Manavgat mahalında 4 fərqli nöqtədə başlayan yanğın söndürülə bilməyib. Yanğın şimal küləyinin təsiri ilə yayılıb. 3 vətəndaş həyatını itirib. Yanğın nəticəsində kəndlər və məhəllələr alova bürünüb. Hava və quru müdaxiləsi davam edir. Yenə Osmaniyə-də dünən başlayan və sürətlə yayılan atəşdə həyəcan təbili çalınır. Hava və qurudan müdaxiləyə baxmayaraq, yanğın hələ də nəzarət altında deyil. Oxşar vəziyyətlər Mersin və Adanada yaşanıb. Otellərə və yaşayış məntəqələrinə çox yaxın bir yerdə başlayan yanğın sürətlə yayılıb. Yanğına hava və quru müdaxiləsi olub. Otellər və evlər ehtiyat tədbirləri üçün boşaldılır.

Antalya tarixində ən böyük yanğın

Antalyanın Manavqat bölgəsi, tarixinin ən böyük fəlakətini yaşayır. Düz 15 il əvvəl, 31 iyul tarixində bənzər bir fəlakət yaşayan Manavqatda vəziyyət bu dəfə daha da pisləşir. Vətəndaşlar hər şeyi tərk edərək qaçmaq məcburiyyətində olarkən, yanğın havadan müdaxiləyə qədər davam edir. Müdaxiləyə baxmayaraq, əsən güclü külək söndürmə işlərinə mənfi təsir göstərir. Yanğın hələ də nəzarət altına alınmayıb.

Alovun uzunluğu 30 metrə çatıb

Gecə boyu davam edən yanğında, sürəti saatda 70 kilometrə çatan küləyin təsiri ilə alovların uzunluğu 40 metrə çatıb. Vətəndaşlar evlərinin göz yaşları içində yandığını izləyib. Gecə ərzində 30-dan çox ev dağılıb. Yanğın gecə saatlarında 60 kilometr əraziyə yayılıb. Hadisə nəticəsində üç vətəndaş həyatını itirib

Ayşən Vəli