Paşinyanın sərhədi qorumaq üçün rusları cəlb etmək fikrinə KREML CAVAB VERDİ

29 İyul 2021 17:01 (UTC+04:00)

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən xəbərdardır, tərəflərlə iş aparılır. SİA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.

Qeyd olunur ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan əvvəllər Rusiya sərhədçilərinin Azərbaycanla bütün sərhəd boyu ən qaynar nöqtələrə yerləşdirilməsini təklif etmişdi.

"Biz bilirik ki, dünən Ermənistan-Azərbaycan sərhədində kəskin hal baş verib və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. İş davam edir", deyə Peskov bildirib və RİA Novosti də onun sözlərindən sitat gətirib.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Moskvanın "üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirməsinə" diqqət çəkib.

Həmçinin bildirilir ki, cümə axşamı günü İrəvanla sərhəddə baş verən atışma nəticəsində 3 nəfərin öldüyü və 5 nəfərin yaralanıb. Sonra Moskvanın vasitəçiliyi ilə tərəflər barışıq elan ediblər, lakin cümə axşamı səhər atəş yenidən başlayıb.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi 9 noyabr 2020 -ci ildə imzalanıb. Mayın sonunda Azərbaycan Müdafiə Nazirliyi sərhədi keçmək istəyərkən altı erməni əsgərinin saxlanıldığını açıqlayıb. Ermənistanın müdafiə idarəsi isə, öz növbəsində, hərbçilərin hərbi hissənin mühafizə olunan ərazisində guya mühəndislik işləri apararkən əsir alındıqlarını bildirib.