Su içməyən insanlarda bu hallar yaşana bilər - SOS - SAĞLAM QİDALANMA MÜTƏXƏSSİSİ AÇIQLADI

29 İyul 2021 16:47 (UTC+04:00)

“Orqanizmin 60%-dən çoxu sudan ibarətdir. Demək olar ki, bütün hüceyrələrin və orqanların düzgün işləməsi üçün suya, mayeyə ehtiyacı var. Yaxşıl olar ki, orqanizmin maye təlabatını təmiz su ilə və meyvələrin tərkibindəki maye, eyni zamanda meyvə şirələri və ayranla təmin edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, digər qazlı içkilər, paketlənmiş meyvə şirəsi adı altında satılan mayelər, kofe və çay orqanizmə lazım olan maye tələbatını ödəmir: “Orqanizmin maye tələbatı bir kiloqram bədən çəkisinə görə 30-40 mm olaraq hesablanır. Bu o halda artırıla bilər ki, ya mövsümündə və yaxud həddindən artıq fiziki işdə çalışdıqda, idman etdikdə biz daha çox su itiririk. Bu zaman həmin maye miqdarını biraz artırmaq olar. Bundan əlavə gün ərzində yay mövsümündə temperaturun yüksək olması ilə yanaşı həddindən artıq tərləyə bilərik ki, bu zaman orqanizm daha çox maye itirir. Ona görə də su ehtiyacımızı mütləq şəkildə təmiz sudan almaq lazımdır”.

Məhsəti Hüseynova sözlərinə davam edərək həmçinin qeyd edib ki, əgər, suyu düzgün şəkildə, kifayət qədər qəbul etməsək, orqanizmimizdə ilk olaraq bütün orqanların funksiyaları yavaş-yavaş zəifləməyə başlayır: “Bu da birinci baş ağrısı ilə özünü göstərə bilər. Baş ağrısını ya yorğunluqla və yaxud da yuxusuzluqla əlaqələndirsələr də, baş ağrısının ilk səbəbini mütləq şəkildə orqanizmin düzgün miqdarda suyun qəbul etməməsi ilə əlaqələndirmək lazımdır. İlk olaraq əldə və ayaqda yorğunluq, gücsüzlük hiss olunur. Daha sonra gözlərin görməsində problem yaranır. Bu əlamətlər olduqda artıq bilməliyik ki, bədənimizin maye tələbatına ehtiyacı var. Nəzərə alsaq ki, qanımızın 90%-i sudan ibarətdir və demək olar ki, qan dövranı düzgün şəkildə getmədiyindən, su çatmadığından qan dövranında da ləngimələr olur. Bu da yüksək təzyiqə səbəb olur. Yetəri qədər su qəbul etmədikdə oynaq ağrılarının yaranmasına səbəb olur. Mütləq şəkildə yeməklərdən əvvəl suyun içilməsi daha faydalıdır. Səhər tezdən günümüzü su ilə başlamalıyıq. Yayda gün ərzində maye təlabatımızı axşam 8-9-un yarısına qədər tamamilə qurtarmalıyıq”.

Arzu Qurbanzadə