Renat Dadaşov "Vulherhempton" klubundan ayrılıb

29 İyul 2021 16:35 (UTC+04:00)

"Vulherhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirəcək. SİA-nın klubun saytına istinadən verdiyi məlumata görə, Portuqaliya liqasının komandası "Tondela" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir. "Vulherhempton" klubundan isə gələn təklifə bir cavab verilməyib. Renatın "Vulherhempton"la müqaviləsi 2023-cü ildə başa çatır.

Ziya Hikmətoğlu