Kalaşnikov Paşinyanın bəyanatını “xaltoplama” adlandırdı

29 İyul 2021 15:27 (UTC+04:00)

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın KTMT monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədləri boyunca yerləşdirilməsi təklifini irəli sürməsi siyasi xarakter daşıyır. SİA xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının MDB işləri üzrə kimitə sədri Leonid Kalaşnikov mövzu ilə bağlı münasibətini bildirərkən deyib.

“Açıq meydançalarda, mətbuatın iştirakı olan yerdə bəyanatlar o zaman səslənilir ki, hər hansı siyasi xal toplamaq ehtiyacı yaransın və bəyanat yayan tərəf hökumət səviyyəsində, yaxud parlamentdə özünü təsdiq etsin”, deyə qeyd edən Kalaşnikovun sözlərinə görə, bu məsələ çox çətindir və ciddidir. Belə ki, o üç rəhbər arasında həll olunmalıdır – Putin, Əliyev və Paşinyanla.

Rövşən RƏSULOV