İranda koronavirusdan ölənlərin sayı 90 min nəfəri keçib

29 İyul 2021 15:10 (UTC+04:00)

İranda ötən sutka ərzində 292 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 074 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 34 433 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 826 447 nəfərə çatıb. Virus daşıyıcılarından 5 296 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 329 065 nəfər koronavirusdan sağalıb, 25,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 11,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 9,18 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,62 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 232 rayon qırmızı və 117 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 99 rayon sarı zona hesab olunur.