Satqının Vətəni olmur ŞƏRH

29 İyul 2021 15:06 (UTC+04:00)

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra dağıdıcı müxalifət partiyaları bəzi maraqlı Qərb dairələrinin çirkin maraqlarını yerinə yetirməyə can atırlar. Bu partiyalar öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla divident qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışırlar. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.

Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət yetirsələr, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Çünki bu satqınlar silah gücü ilə torpaqlarımıza sata-sata villalara, biznesə, sərvətə sahib oldular. Və bu gün ...

Əli Kərimlinin əsassız «don kixotluğu» haraya kimi...

28 ildir ki, «müxalifət» adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına, dünyada belə bir qələbənin əldə olunması mümkün olmadığı halda Azərbaycan 30 il ərzində mənfur erməni təcavüzkarlarının 44 gün ərzində ərazi bütövlüyünün, ədalətin bərpa olunmasına nail olaraq tam Qələbə qazanaraq – Qarabağ Azərbaycanımıza qovuşmağımıza qara yaxanlar nə vaxta kimi... Erməni dəyirmanına su tökənlər elə zənn edirlər ki, bu əxlaqsızlıqları və böhtanları ilə xalqın dəstəyini bəlkə «qazandılar». Ancaq onların bu «arzusu» «qaşınmayan yerdən qan çıxarmağa» bənzəyir.

Bugünlərdə radikalların sosial şəbəkə qrupuna daxil olan şəxslər belə bir informasiya yayırlar ki, guya Azərbaycana məxsus olan 30 ton qızıl və 4 milyard dollar pulu daşıyan gəmi Xəzər dənizində batıb. Xəbəri ilk olaraq, Əli Kərimlinin dezinformasiya kanalizasiyasının baş kollektoru Qənimət Zahid yayıb. Budur, səviyyəsizlik, əxlaqsızlıq və nəhayət, satqınçılıq, savadsızlıq. 21-ci əsrdə belə bir şey mümkündürmü ki, gəmi batsın və Qənimət Zahiddən başqa heç kim ondan xəbər tutmasın? Görəsən, Əli Kərimli və onun Parisdəki dezinformasiya kloakasının baş kollektoru Qənimət Zahid buraxdıqları “dezo”ya özləri inanırlarmı? Görünür, Qənimət Zazid dənizdən bir tük qoparmağı da «qənimət» sayır. Bu, təəccüb də doğurmur. Çünki erməni üfunəti verən AXCP sədri Əli Kərimlinin, Qənimət Zahidin «don kixotluq» etməsi bir daha onların nə qədər mənəviyyatsız, satqın olduğunu göstərir. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi mənfurlar 28 ildir ki, ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzundan qaşınmaya düşərək beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün min bir fitnə-fəsada əl atır, ağlagəlməz yalanlar, böhtanlar uydururlar."Sapı özümüzdən olan balta"lardan istifadə edən erməniyə "dayı" deyən Paşinyan sifətli bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan bu mənfurlara Azərbaycanın o çörəyi haram olsun! Ancaq satqınlar – vidadilər, sevinclər, ariflər... ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan edirlər. Ancaq nə edirlər etsinlər. Xalq onların yerini göstərib: tarixin zibilxanasıdır.

Qurban Məmmədov: "Əxlaq əsl kişiyə aiddir, daha Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir"

Çox qəribədir. Bu çamda olanlar ancaq bir-birilərinin sirrini elə açırlar ki... Elə "siyasi mühacir" həyatı yaşayan Qurban Məmmədovun dediyi kimi: "əxlaq əsl kişiyə aiddir, daha Əli Kərimli kimi əxlaqsıza yox! Bu, gədənin biridir. Özünü başqa əxlaq sahibi kimi aparır. Bütün dünyaya sübut etmişəm ki, 28 ildir Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayıl bu xalqa təlqin edir ki, günahkar xalqdır. Ayıq olun, bunu bilin. Zaman gələcək Əli Kərimli, arxivlər açılacaq. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, bunların hamısını ortaya qoyacağıq. Eyni ilə S.Osmanqızı, onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin. Budur, yalan, tərbiyəsizlik? Hanı sübut? Əli Kərimliyə nə qədər yalanacaqsan?". Bax, budur satqınların formalaşmış siması. Və bu satqın və şərəfsizlər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasını qanun çərçivəsində almalıdı və alacaq da!

Əbülfəz Elçibəyin söylədiyi "Əli Kərimli mənim yox, millətin düşmənidir"

Bu yerdə mərhum Əbülfəz Elçibəyin söylədiyi "Əli Kərimli mənim yox, millətin düşmənidir" deməsi bir daha, onun bəd əməllərini millətə, xalqa və dövlətə xəyanət adlandırıb. Və bu gün ümummilli məsələləri öz şəxsi ambisiyalarına qurban verən Ə.Kərimlinin gəncləri mitinqə çağırması, onun Azərbaycan gəncinin qanına susamış əsl düşmən və Vətən xaini olduğunu göstərir. Artıq Əli Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd, ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Cəzasızlıq isə, onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur. Ə.Kərimli kimi şəxsi ambisiyasını güdən populistlərə, avantüraçılara və antimilli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürülməlidir. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə, ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rəfiqə HÜSEYNOVA