Rəsmilər Yuxarı Gövhərağa məscidində

29 İyul 2021 14:41 (UTC+04:00)

Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri iyulun 29-da Yuxarı Gövhərağa məscidində olublar. SİA xəbər verir ki, qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.

Xatırladaq ki, parlamentarilər Şuşadan sonra Füzuliyə səfər edəcək, 30 ilə yaxın erməni işğalı altında qalan rayonda erməni vandalizminin izləri ilə tanış olacaqlar.