Ailənizlə əsla bura getməyin - DİQQƏT!

29 İyul 2021 14:34 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daha bir qalmaqala imza atıb. Belə ki, Səudiyyə vətəndaşı Dubaydakı otel otağında gizli kamera tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, adını açıqlamayan və kameranı açdığı anın görüntüsünü yayımlayan Səudiyyə vətəndaşı hadisəyə qarşı üsyan edib. Sosial mediada geniş yayılmış görüntülərdə şkafın asılqanında gizlənmiş kameranın bütün otağı izləyə bildiyi görünür. Bundan sonra onlarla fəal və fenomen sosial media hesabları vasitəsilə ərəb xalqına bu cür müraciət edib: “İnsanların məxfiliyinin pozulmasına imkan verən bu idarəetmə sistemi hansı dəyərlər əsasında idarə olunur? Səudiyyə vətəndaşı otel otaqlarında baş verənlərə şahiddir və hər şeyi sizə sübut edir. Dinləyin, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin vətəndaşları, ailələrinizlə birlikdə BƏƏ-nə getməyin".