23 nəfər istidən öldü

29 İyul 2021 14:09 (UTC+04:00)

Yaponiyada son bir həftə ərzində yüksək temperatur səbəbindən 23 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi tərəfindən 19-25 iyul ərzində istilik vurması səbəbi ilə 8122 adamın xəstəxanaya yerləşdirildiyi bildirilib. Agentlikdən onlardan 23-nün öldüyü, üç mindən çoxunun vəziyyətinin ağır olduğu açıqlanıb. Xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu 65 yaşdan yuxarı, 2 min 627 nəfəri 18-64 yaşları arası insanlar, 800 nəfəri isə 17 yaşdan aşağı insanlardır. Mütəxəssislər, havanın temperaturu 28 dərəcəyə və ya rütubət 70 faizə çatanda havalandırma cihazlarını işə salmağı məsləhət görür.