“Azərbaycan-Türkiyə münasibətləri ən üst səviyyədədir. Bu gün dünyada ikinci belə bir dövlətlər yoxdur ki, bu qədər yaxın qardaşlıq münasibətləri olsun”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, xüsusən də son illərdə iki ölkənin liderləri tərəfindən həyata keçirdiyi nəhəng titanik işlərin nəticəsidir ki, Azərbaycan-Türkiyə münasibətləri qardaşıq münasibətlərinə çevrilib: “Eyni zamanda Azərbaycan Türkiyə ilə 15 iyun tarixində imzaladığı müttəfiqlik haqqında Şuşa bəyannaməsindən sonra həyatın bütün sferaları üzrə əməkdaşlıq edirlər. Bütün platformalarda Azərbaycan və Türkiyənin qardaşlıq nümayiş etdirərək bütün məsələlərdə bir-birinin yanında olduğu qeyd edilir. Bu münasibətlər əlbəttə ki, həm dövlət səviyyəsində, həm də xalqlar səviyyəsində özünü əks etdirir. Bu baxımdan da iki hakim partiyanın – YAP və AK Partinin daha sıx əməkdaşlığı zərurətdən irəli gəlir ki, bu da iki ölkə arasında olan qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəkdir və bir çox sahələrdə o cümlədən siyasi sahədə də daha yaxın münasibətlər qurulacaqdır”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, iki siyasi, hakim partiyanın bir-birinə bu qədər yaxınlaşması zərurətdən irəli gələn bir haldır: “Bundan bir neçə həftə əvvəl YAP AK Partinin dəvəti ilə qardaş ölkəyə səfər etmişdir. Bu günlərdə də AK Parti Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdədir. Bu əlbəttə ki, mühüm bir hadisədir. Bundan sonraki mərhələdə iki hakim partiyanın bir-birinə yaxınlaşması bir çox məsələlərdən müzakirələrin aparılması əlbəttə ki, iki ölkə arasında olan münasibətlərin daha da möhkəmləndirəcəkdir. Bu da əlbəttə ki, Azərbaycan və Türkiyənin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir”.
Arzu Qurbanzadə