"Basketbol mənə çox şey öyrətdi" - BARAK OBAMA

29 İyul 2021 11:34 (UTC+04:00)

ABŞ-ın sabiq prezidenti Barak Obama NBA Afrikanın toplantısına "strateji tərəfdaş" olaraq qatılıb. "Afrikada basketbol, ​​sağlamlıq, bərabərlik və güclənməni təşviq etmək iqtidarındadır" bu sözləri çıxışı zamanı sabiq prezident Barak Obama deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, artıq cinsi zorakılıqla bağlı məlumatlılığı artırmaq və qızların təhsilini təşviq etməklə yanaşı gənc afrikalıların güzəranlarını yaxşılaşdırmağa yönəlmiş proqramlara da başlanıb.

Obama basketbol haqqında fikirlərini belə açıqlayıb: "Ən yüksək səviyyədə oynamaq istedadım olmasa da, basketbol hələ də həyatımı formalaşdırır. Mənə çox çalışmağı, rəqabət aparmağı, komandanın bir hissəsi olmağı məhz basketbol öyrədib".

Xatırladaq ki, sabiq prezident, iki il əvvəl Keniyadakı atasının kəndinə basketbol meydançası açmaq üçün gedib.