Türkiyənin “Qalatasaray” klubu yeni transferini rəsmiləşdirib. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi niderlandlı Patrik van Anholtu heyətinə qatıb. İngiltərənin “Kristal Palas” klubundan transfer olunmuş 30 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Van Anholt 2017-ci ildən “Kristal Pelas”da çıxış edib. Onun əvvəl ki, komandaları “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi” olub. 30 yaşlı futbolçu Niderland yığmasında 19 oyun keçirib.
Ziya Hikmətoğlu