Türkiyə Super Liqa komandası Göztəpə transfer işlərinə davam edir. Komanda, daha əvvəl də transferində maraqlı olan “Fənərbaxça”nın ulduzu Sinan Gümüşü gündəminə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Fənərbaxça” klubu ilə 1 il daha müqaviləsi olan 27 yaşlı sağ cinah oyunçusunu, “Göztəpə” icarəyə götürmək istəyir. Tərəflər arasında danışıqların davam etdiyi və transferin yaxın bir həftə ərzində dəqiqləşəcəyi gözlənilir.
Ziya Hikmətoğlu